RU

Aİ: 20-ci sanksiya paketi üzərində iş davam edir, onun məzmunu məxfidir

Ukraynanın kritik əhəmiyyətli enerji infrastrukturuna, o cümlədən atom stansiyalarının elektrik təchizatını təmin edən yarımstansiyalara hücumlar Avropa İttifaqında (Aİ) ciddi narahatlıq doğurur.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Anita Hipper Brüsseldə keçirilən brifinqdə bildirib.

"Aİ Ukraynaya hərbi-texniki və enerji sahələrində dəstəyini davam etdirir, habelə Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləyir. Tərəfdaşlarla birlikdə Ukrayna üçün əlavə yardımın səfərbər edilməsi ilə bağlı iş aparılır", - o qeyd edib.

A.Hipperin sözlərinə görə, son zərbələr nəticəsində elektrik, istilik enerjisi və su təchizatında pozuntular, həmçinin nüvə təhlükəsizliyi üçün risklər yaranıb.

Aİ nümayəndəsi vurğulayıb ki, növbəti sanksiya paketi üzərində iş davam edir, lakin onun detalları məxfi olaraq qalır. O əlavə edib ki, bu tədbirlərin əsas məqsədi Rusiya Federasiyasını müharibəni maliyyələşdirmə mənbələrindən məhrum etmək və danışıqlar masasına oturmağa məcbur etməkdir.

Избранный
43
1
ikisahil.az

2Источники