Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Prezident Tufan Erhürman Norveçin 65 il sonra Cənubi Kiprə tətbiq etdiyi silah embarqosunu ləğv etməsini dəyərləndirərək bildirib ki, adanın cənubunda son dövrlər artan silahlanma təşəbbüsləri sülh axtarışlarına mənfi təsir göstərəcək.
“Əgər həqiqətən sülh və həll axtarışı istiqamətində səmimiyyət varsa, bu dövrdə ehtiyac daha çox silahlanmaya deyil, daha çox dialoq və qarşılıqlı anlaşma mədəniyyətinin formalaşmasına yönəlməlidir,” – deyə Erhürman vurğulayıb.
O, həmçinin bildirib ki, beynəlxalq ictimaiyyət əgər adada ədalətli və davamlı həllə səmimi şəkildə töhfə vermək istəyirsə, bu məsələyə daha həssas yanaşmalıdır.
Prezidentlik Administrasiyasının açıqlamasına görə, Erhürman Norveçin embarqonu ləğv etməsinin, Cənubi Kiprin son dövrlər silahlanma və hərbi əməkdaşlıqlar yaratmaq istiqamətində atdığı addımlara yeni bir halqa əlavə etdiyini qeyd edib.
Erhürman vurğulayıb ki, bu cür təşəbbüslər yalnız Kipr türklərinin deyil, eyni zamanda Kipr yunanlarının da xeyrinə deyil:
“Aydındır ki, bu addımlar bölgədə davamlı sabitlik və sülh axtarışlarına mənfi təsir göstərir.”
O, əlavə edib ki, belə hərəkətlər, xüsusilə də bu dönəmdə adada həll atmosferi yaratmaq istiqamətindəki ümidlərə və səylərə xidmət etmir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.