RU

Azərbaycan ağırlıqqaldıranından böyük uğur - Diqqət mərkəzinə düşdü

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov (79 kiloqram) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üç medal qazanıb.

“Yeni Sabah” AZƏRTAC-a istinadən xəbər verir ki, milli üzvü birdən qaldırmada 155 kiloqram ağırlığın öhdəsindən gələrək, bu hərəkətdə ikinci yeri tutub.

O, təkanla qaldırmada 190 kiloqram çəkini başı üzərinə qaldırmaqla üçüncü olub.

R. Alməmmədov iki hərəkətin cəmində isə 345 kiloqram nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, bununla da ağırlıqqaldırma üzrə Azərbaycan millisinin İslamiadada qazandığı medalların sayı 9-a çatıb. Daha əvvəl Nuray Əbilova (48 kiloqram) 3 bürünc, İsa Rüstəmov (71 kiloqram) isə 1 gümüş və 2 bürünc mükafat əldə edib.


Telegram kanalımız
Избранный
24
6
yenisabah.az

7Источники