RU

ADU da Çinin “Bir kəmər, bir yol” təşəbbüsü haqqında film nümayiş etdirilib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 10 noyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) Çinin tarixi İpək Yolunun dirçəldilməsi layihəsində Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rolunu araşdıran “Çinin qlobal baxışı: Bir kəmər, bir yol təşəbbüsü” sənədli filminin nümayişi keçirilib.

Bu barədə AZƏRTAC-a ADU-nun nəzdində Konfutsi İnstitutundan məlumat verilib. Tədbiri açan institutun direktoru Rafiq Abbasov Azərbaycanın Çinin Avrasiya nəqliyyat və iqtisadi dəhlizlərinin yaradılması üzrə “Bir kəmər, bir yol” təşəbbüsündə, eləcə də İpək Yolu boyunca yerləşən ölkələr arasında humanitar əlaqələrin, siyasi ünsiyyətin və mədəniyyətlərarası dialoqun genişləndirilməsində fəal iştirakından danışıb.

Tədbirdə Çinin Azərbaycandakı səfiri xanım Lu Mei “Bir kəmər, bir yol” layihəsinin qarşılıqlı inkişaf simvoluna çevrildiyini vurğulayıb və xüsusilə Şərq ilə Qərb arasında nəqliyyat və logistika marşrutlarının inkişafında Azərbaycanın əsas rolunu qeyd edib.

Səfir, həmçinin rəqəmsal infrastruktur, süni intellekt və qabaqcıl texnologiyalar sahəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi, logistika və nəqliyyat marşrutlarının gücləndirilməsi üçün Azərbaycan tərəfdaşları ilə işin intensivləşdirilməsi və Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı barədə danışıb.

Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev qeyd edib ki, son illərdə iki ölkə liderlərinin təşəbbüsləri sayəsində Azərbaycan və Çin arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb. O, həmçinin vurğulayıb ki, son 20 ildə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Abşeron Logistika Terminalı kimi layihələr Azərbaycanın beynəlxalq tranzit əməliyyatlarında rolunu əhəmiyyətli dərəcədə gücləndirib.

Filmin müəllifi, televiziya jurnalisti Anastasiya Lavrina layihənin yaradılması prosesindən danışıb. Vurğulayıb ki, filmin əsas ideyası Çinin qlobal iqtisadiyyatdakı strateji əhəmiyyətini ortaya qoymaq və Şərqlə Qərbi birləşdirən nəqliyyat və enerji mərkəzi kimi Azərbaycanın əsas rolunu vurğulamaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
44
azertag.az

1Источники