RU

İki Rüfət və …əhsən, Əhmədzadə!

Ayxan Abbasovun açıqladığı siyahıda bir neçə debütant da var.
Rüfət Abdullazadə Xorvatiyada - “Varajdin”də oynayır. Uyğunlaşma dönəmini arxada qoyandan sonra daim oynayır. “Varajdin” də elə-belə komanda deyil.
“Şamaxı”nın gənc müdafiçisi Rüfət Abbasov isə “Neftçi” məktəbinin məzunudu. Elvin Cəfərquliyevin prototipidi Necə ki, Ayxan Abbasov “Qarabağ”ın aşağı yaş komandasından onu öz işlədiyi klubun əsas heyətinə götürdü, eyni ilə də Rüfəti. Eyni mövqe, fiziki baxımdan da oxşarlıq var. Əzm, döyüşkənlik də eyni qaydada.
Mustafa Əhmədzadə də debütantdı. Çox doğru seçimdi. Mustafa da işıq saçır. Çox rahat futbol oynayır. Rahatlıqdan əlavə dəqiqdi. “Araz-Naxçıvan”ın heyətində necə yerli futbolçular heyətə düşə bilmir, Mustafa bunu bacarır! Əhsən, Əhmədzadə!
MÜZƏFFƏR QULUZADƏ

Избранный
39
1
football-plus.az

2Источники