RU

Azərbaycanda boşanmaq neçəyədir?

Dövlət Statistika Komitəsinin rəsmi məlumatınagörə, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 3414 boşanma halları qeydə alınıb. Bu rəqəm ötən illə müqayisədə aşağı-yuxarı oxşar olub.

Bir çox vətəndaşlar boşanma zamanı hüquqi cəhətdən çətinlik çəkir. Boşanma prosesi zamanıhara, necə müraciət edilməlidir, bunun üçün tələb olunan məbləğ nə qədərdir, boşanma necə həyata keçirilir?...

Turkustan.az bildirir ki, Oxu24.com suallarla bağlı vəkil ŞəmsMirzəyevaya müraciət edib. O, sayta açıqlamasında boşanmanın hüquqi yollarını və dövlətrüsumlarının məbləğiniaçıqlayıb.

Vəkilin sözlərinə görə, boşanma prosesi istəyən şəxs iki mərhələdən keçməlidir. Bunlar mediasiya və məhkəmə mərhələsidir. Əgər tərəflərin 18 yaşa çatmamış ortaq uşağı varsa, onlardanbiri boşanmağa narazıdırsa, bu, halda boşanma birmənalı olaraq məhkəmədə baş tutmalıdır. Çünki ortada mübahisə var. Məhkəmədə boşanmailk olaraq mediasiyadan keçməlidir.

Bu mərhələdən sonra məhkəməyə müraciət olunmalıdır. Boşanma zamanıtələbolunan ümumidövlətrüsumu 100 AZN-dir. Təbii olaraq boşanma məsələlərində vəkilə müraciət olunmalıdır. Tələb olunan hüquqi addımlar vəkilin vasitəsi ilə atılmalıdır. Vəkilə ödənilən məbləğə gəldikdə isə, bu, rəqəm fərqli ola bilər. Adətən vəkilə ödənilən məbləğ tərəflərarasında razılaşma əsasındamüəyyən edilir”,-deyə Şəms Mirzəyeva bildirib.

Bəs, məhkəmədən kənar necə boşanmaq mümkündür? Bu, hansı hallarda tətbiq olunur?

Ş. Mirzəyeva bildirib ki, bu hal tərəflərin ortaq övladı olmadıqda və aralarında boşanmaqla bağlı heç bir mübahisə, etiraz yoxdursa, boşanmaq qeydiyyat şöbəsində həyata keçirilə bilər.

Tələb olunan dövlət rüsumu isə 20 AZN-dir.

Sayt yazır ki, boşanma proseslərində iştirak üçün vəkillərə ödənilən məbləğ500-1000 manat aralığında dəyişir.

Избранный
15
6
turkustan.az

7Источники