RU

İmişlidə hamilə qadın xəstəxanada öldü: Əri danışdı…

9 noyabr tarixində saat 16:30 radələrində 1983-cü il təvəllüdlü qadın 39-40 həftəlik hamiləlik diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, zəruri tibbi yardım göstərildikdən sonra o, Ginekologiya və doğum şöbəsinə yerləşdirilərək doğuş prosesinə cəlb olunub.

Lakin doğuş prosesi başlamazdan əvvəl hamilədə arterial təzyiqin anidən yüksəlməsi müşahidə edilib.

Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:40 radələrində hamilənin və dölün bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, qadın hamiləliyin 18, 22 və 35-ci həftəliyində həkim müayinəsində olub və hamiləlik dövründə heç bir patologiya müşahidə edilməyib.

***

Biz isə evə çatanda xəbər gəldi ki, yoldaşım xəstəxanada dünyasını dəyişib.

Bunu İmişli Rayon Mərkəzi xəstəxanasının doğum şöbəsində vəfat edən 42 yaşlı Mirvari Hətəmovanın həyat yoldaşı Daşqın Əhmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həyat yoldaşının yüngül sancıları başlayanda onu dərhal xəstəxanaya aparıblar:

“Xəstəxanaya apardıq, həkimlərə təhvil verdik və gözlədik, bizə məlumat verdilər ki, orada gözləməyək və evə gedək. Biz isə evə çatanda xəbər gəldi ki, ana xəstəxanada dünyasını dəyişib.

Hamiləlik dövründə hansısa narahatçılığı olmamışdı və demək olar ki, hər ay həkim müayinəsində olurdu. Bu dördüncü doğuşu idi. İlk övladımız zəif olduğu üçün tez dünyasını dəyişmişdi. Daha sonra iki övladımız olub. Hazırda birinin 7, digərinin isə 4 yaşı var. Bu uşaq isə artıq doğuş ərəfəsində idi. Amma xəstəxanaya aparsaq da ana və bətnindəki uşaq öldü”

Избранный
19
7
konkret.az

10Источники