Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu yaradılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstraliyadakı səfirliyinin “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Səfirliyin məlumatında vurğulanır ki, dostluq qrupu 8 Noyabr – Zəfər Günündə Avstraliya Federal Parlamentində rəsmən təsis edilib.
Bildirilir ki, Sağlamlıq, yaşlılar və əlillik üzrə daimi komitənin sədri Mayk Frilender (Əmək Partiyası) və Ticarət və investisiya üzrə birgə daimi komitənin sədr müavini Rik Uilson (Liberal Partiya) parlamentlərarası dostluq qrupunun Avstraliya tərəfdən həmsədrləridirlər.
Qrupa yüksəkvəzifəli rəhbərlər, o cümlədən Senatın sədri Syu Layns, Nümayəndələr Palatasının spikeri Milton Dik və digər parlamentarilər daxildirlər.
On #Azerbaijan’s Victory Day, the 🇦🇺 –🇦🇿 Inter-Parliamentary Friendship Group was formally established in the Federal Parliament of #Australia.
Co-chaired by Hon. Mike Freelander, Chair of the Standing Committee on Health, Aged Care and Disability (Labor), and Hon. Rick Wilson… pic.twitter.com/GPUS42NsPG— Azerbaijan in Australia (@AzEmbAustralia) November 10, 2025