RU

AB: Biz Putinə təzyiqi artırmağa davam edirik

Avropa İttifaqı (Aİ) Komissiyası Ukrayna müharibəsi kontekstində Rusiya prezidenti Vladimir Putinə təzyiqləri artırmaq və onu danışıqlar masasına oturtmaq üçün yeni addımlar üzərində işləməyə davam etdiklərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Aİ Komissiyasının sözçüsü Anita Hipper gündəlik mətbuat konfransında jurnalistlərə açıqlama verib.

Putinin Ukrayna xalqını "terrorlamağa" davam etdiyini deyən Hipper həftə sonu kritik enerji infrastrukturuna edilən hücumlar nəticəsində elektrik, su və istilik sistemlərinin sıradan çıxdığını bildirib.

Ukraynanı dəstəkləməyə davam etdiklərini bildirən Hipper, "Eyni zamanda, Putinə təzyiqləri artırmaq və onu danışıqlar masasına oturtmaq üçün yeni addımlar üzərində işləməyə davam edirik" dedi.

Bunun Rusiyanı hədəf alan 20-ci sanksiya paketinin hazırlandığını ifadə edib-etməməsinə gəlincə, Hipper, "Sanksiyalarla bağlı araşdırmalar məxfidir" dedi.

Aİ oktyabrın 23-də Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib. Sanksiyalar Rusiya banklarını, kriptovalyuta birjalarını və Hindistan və Çindəki təşkilatları hədəf alıb.

Aytən Yaşar/ Turkustan.az

Избранный
15
1
turkustan.az

2Источники