RU

Əddis-Əbəbədə Azərbaycan-Efiopiya biznes forumu keçiriləcək

Bu ilin 23-29 noyabr tarixlərində Azərbaycandan Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə biznes missiyanın təşkili planlaşdırılıb.

Aznews.az xəbər verir ki, missiya çərçivəsində Azərbaycan-Efiopiya biznes forumu, B2B və B2G formatlarında görüşlər keçiriləcək, həmçinin sənaye parklarının və istehsal müəssisələrinin fəaliyyəti ilə tanışlıq planlaşdırılır.

Bundan başqa, "MÜSİAD Ethiopia", MESOB mərkəzində ("ASAN Xidmət"in analoqu), yerli dövlət qurumlarında, eləcə də ticarət palatası və digər ticarət assosiasiyaları ilə görüşlər nəzərdə tutulub.

Missiyanın əsas məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin yaradılması və Azərbaycan biznesinin Afrika bazarına çıxış imkanlarının genişləndirilməsi imkanlarının müzakirəsindən ibarətdir.

Избранный
29
1
aznews.az

7Источники