Qızıl sikkənin mərkəzi elementi Vətən Müharibəsinə həsr olunmuş Xatirə Kompleksinin əsas komponenti olan Zəfər tağıdır. Zəfər tağından keçid xalqımızın tarixi Qələbəyə gedən yolunu simvollaşdırır.
44 sütun Vətən Müharibəsinin 44 gününü, sikkənin üzərində təsvir olunan ağac isə azad edilmiş torpaqlarda dirçələn tarixi köklərimizi, bu günümüzü və gələcəyimizi əks etdirir.

Sikkənin üzərindəki “8” rəqəmi Prezident, Xalq və Ordunun birlik rəmzi kimi tarixə düşmüş 8 Noyabr – Qələbə Gününü simvolizə edir. Dövlət rəmzlərinin əsas elementlərindən olan səkkizguşəli ulduz sikkənin çərçivəsini düzəldən Qələbənin əzəmətini və əbədiliyini vurğulayır.
Xatırladaq ki, “Zəfər” qızıl sikkə kolleksiyası dövlət şirkətinin sayca 19-cu məhsuludur. Azərbaycanda hasil edilən qızıldan hazırlanmış bu xatirə sikkələri hər növdən 200 ədəd, çəkisi 5, 10, 20 qram və 1 unsiya olan məhdud tirajla buraxılır.
Sahil İsgəndərov
AzVision.az