RU

Azərbaycan Ordusunun hərbi qulluqçusu NATO Regional Əməkdaşlıq kursunu müvəffəqiyyətlə bitirib

İtaliya Respublikasının paytaxtı Roma şəhərində yerləşən NATO Müdafiə Kollecində (NDC) 34-cü NATO Regional Əməkdaşlıq kursunun (NRCC-34) buraxılış mərasimi keçirilib...

Müdafiə Nazirliyindən verilən xəbərə görə, kurs müddətində müttəfiq və tərəfdaş ölkələrdən gəlmiş iştirakçılarla birlikdə strateji düşüncə, regional təhlükəsizlik, əməkdaşlıq mexanizmləri və sahə tədqiqatları üzrə dərslər, seminarlar və praktiki fəaliyyətlər aparılıb.

Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Fərman Məmmədov kursu müvəffəqiyyətlə bitirib.

Tədbirin sonunda məzunlara hərbi təhsil müəssisəsinin komandanı tərəfindən diplomlar təqdim edilib.

Poliqon.info

Избранный
24
18
poliqon.info

10Источники