RU

Azərbaycan cüdo millisi İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəldi

Cüdo üzrə Azərbaycan millisi VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.

XQ xəbər verir ki, turnir Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilir.

Yığma qarışıq komanda yarışının 1/4 finalında Səudiyyə Ərəbistanı komandası ilə qarşılaşıb.

Azərbaycan millisi rəqibini 4:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Yığma növbəti mərhələdə Qazaxıstan komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

Избранный
20
1
xalqqazeti.az

2Источники