ABŞ prezidenti Donald Tramp 2020-ci il seçkilərinə müdaxilə etməkdə ittiham olunan şəxslərin, o cümlədən keçmiş Nyu-York meri Rudi Culiani və keçmiş Ağ Ev aparatının rəhbəri Mark Medouzun əfv edilməsi barədə sərəncam imzalayıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, sərəncam Co Baydenin qələbəsi ilə nəticələnən seçkilərin nəticəsinə təsir göstərməyə cəhd etməkdə ittiham olunan, əsasən Trampın tərəfdarları olan onlarla şəxsi əhatə edir. Əfvlərin tam siyahısı ABŞ əfv məsələləri üzrə prokuroru Ed Martin tərəfindən açıqlanıb.
Tramp əvvəllər də oxşar bir sərəncam imzalayaraq, 2021-ci ilin yanvar ayında Kapitoli qarşısında keçirilən etirazlarda iştirak etməkdə ittiham olunan təxminən 1500 nəfəri azad etmişdi.
Musavat.com