RU

Türkiyəli atlet: İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edirəm

ain.az, Apasport portalına istinadən məlumat verir.

İslamiadanın qalibi olan türkiyəli ağırlıqqaldıran Yusuf Fehmi Genç Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Türkiyəli atlet bu barədə "Apasport"un Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada ezam olunan əməkdaşına açıqlamasında məlumat verib. 

O bildirib ki, 2023-cü ildə Ermənistanda təşkil olunan Avropa çempionatında qazandığı medalı Azərbaycana həsr edib: 

"Əvvəla onu demək istəyirəm ki, mən 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatının qalibi olmuşdum və medalımı Azərbaycan xalqına həsr etmişdim. Bu hadisədən sonra Cənab Prezident İlham Əliyev məni və komanda yoldaşlarımı ölkənizə dəvət etmişdi. Azərbaycan Prezidentinə və xalqına təşəkkürümü bildirirəm".

Yusuf Fehmi azərbaycanlı ağırlıqqaldıranların da uğurlu çıxış edəcəyinə inandığını söyləyib: 

"Bu yarışda da çempion oldum.  Rahat şəkildə qızıl medal qazanacağıma əmin idim. Çünki özümə inanıram. Azərbaycanlı idmançıların da uğurlu çıxış edəcəklərinə inanıram. Onlarla xoş münasibətimiz var. Xüsusilə Dadaş Dadaşbəyli və İsa Rüstəmovla yaxşı əlaqələrimiz var".

Qeyd edək ki, 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağına qarşı hörmətsizlikdən sonra yığma komandamız yarışa qatılmadan Vətənə qayıtmışdı.

Azərbaycan Atletika Federasiyasının rəhbərliyi “World Athletics”də

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti AAF rəhbərliyi ilə görüşüb - FOTO

AAF-ın növbəti iclası keçirilib - FOTO

Atletlərimiz vətənə qayıdıblar

Avropa birinciliyində 2 gümüş medal

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
35
5
apasport.az

10Источники