RU

Sumqayıt şəhərini paytaxtla əlaqələndirən yeni marşrut xətti istifadəyə verilir

Bakı.Trend:

Sumqayıt şəhərini paytaxtla əlaqələndirən 500 nömrəli marşrutxətti istifadəyə verilir.

Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhərindən paytaxta böyük sərnişin axınınəzərə alınaraq, həmçinin vətəndaşların metronun “20 Yanvar”stansiyası istiqamətində sürətli və rahat gedişlərini təmin etməkməqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən500 nömrəli müntəzəm avtobus marşrutu təşkil edilib.

Noyabrın 12-dən fəaliyyətə başlayacaq yeni marşrut üzrəavtobuslar başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən(Heydər Əliyev parkı) götürəcək, Nəriman Nərimanov küçəsi, Sülhprospekti və Ceyranbatan qəsəbəsindən keçməklə hərəkət edəcək. Sondayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvari küçəsi müəyyənedilib.

Marşrut üzrə 20 ekoloji cəhətdən təmiz, CNG texnologiyası ilətəchiz edilən böyüktutumlu avtobus sərnişinlərə xidmətgöstərəcək.

Qeyd olunan istiqamətdə avtobuslar saat 05:45-dən 23:00-dəkfəaliyyət göstərəcək.

500 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət intervalı7-8 dəqiqə təşkil edəcək. Avtobuslarda ödənişlər nağdsız qaydadahəyata keçiriləcək, gedişhaqqı 0,80 AZN müəyyən edilib.

Məqalədə:
Избранный
39
32
az.trend.az

10Источники