RU

O, Azərbaycan klubunu “Fiorentina”ya dəyişdi

Kristian Sebalyos "Sabah"ın məşqçilər korpusundan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.

İspaniyalı gənc məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, karyerasını İtaliyada - "Fiorentina"nın əsas komandasında məşqçi kimi davam etdirəcək.

Sebalyos 2021-2024-cü illərdə "Sabah"da futbolçu kimi çıxış edib. O, bu ilin yayından əsas komandanın məşqçilər korpusunun üzvü idi.

Klub Sebalyosa xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Избранный
56
sportinfo.az

1Источники