Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Zərdabda qəzada xəsarət alan qadın xəstəxanada ölüb.
Lent.az xəbər verir ki, hadisə oktyabrın 21-də Şıxbağı kəndində qeydə alınıb.
Mayılov Rafiq Qələndər oğlunun “Kia Rio” markalı avtomobili idarəetmədən çıxaraq, aşıb. Nəticədə sürücü və sərnişinləri - Zeynalov Əli Əbdüləli oğlu, Zeynalova Leyla Mösüm qızı və Mayıllı Aysu Rafiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılardan Leyla Zeynalova Kliniki Tibbi Mərkəzdə görülən tədbirlərə baxmayaraq, noyabrın 9-da dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.