RU

Şəmkirdə 77 yaşlı kişini maşını vuraraq öldürdü

Şəmkirdə yaşlı kişini avtomobil vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə, rayonun Çaparlı kənd sakini, 1986-cı il təvəllüdlü Məhərrəmov Rəhman Rəhim oğlu idarə etdiyi "VAZ-2107№ markalı avtomobillə piyada, Şəmkir rayonunun İsgəndərli kənd sakini, 1948-ci il təvəllüdlü (77 yaş) Çitadze Yaşa Usmanoviçi vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Избранный
50
9
unikal.az

10Источники