RU

Zelenski: Ukraynaya 25 ballistik raket və 450 dən çox dronla hücum edilib

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusu ölkəyə ən azı 25 ballistik raket, həmçinin aerobalistik, qanadlı raketlər və 450-dən çox müxtəlif tipli dronla zərbə endirib.

Prezident vurğulayıb ki, ballistik və aerobalistik raketləri vurmaq çox çətindir və bu tip raketləri effektiv şəkildə ələ keçirə bilən müdafiə sistemləri dünyada azdır.

Zelenski qeyd edib: “Ukraynanın bütün ərazisini qorumaq üçün bizə bu sistemlərdən və onlara uyğun raketlərdən daha çox lazımdır. Biz tərəfdaşlarımızla, xüsusən də ABŞ-la əlavə Patriot sistemlərinin alınması üçün işləyirik. Mən Avropada, Amerikada və Asiyada bizi dəstəkləyən bütün dostlara minnətdaram. Yeni qərarlar gəlir”.

Gülxanım

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
68
icma.az

1Источники