RU

Şəmkirdə 7 nəfər dönərdən zəhərləndi

Yazını böyüt
Yazını kiçilt

Şəmkir şəhərində 7 nəfər dönərdən zəhərlənib.

Hafta.az xəbər verir ki, hadisə ötən gün şəhərin ərazisində yerləşən “Mersin” dönərxanasında baş verib.

Belə ki, şəhər sakinləri 1994-cü il təvəllüdlü Nəsib Eldəniz oğlu Zeynalov, oğlu 2020-ci il təvəllüdlü Emin, qızı 2023-cü il təvəllüdlü Nazlı, Dəllər Cəyir qəsəbə sakini 1991-ci il təvəllüdlü Dürdanə Elçin qızı Kazımova, qızı 2014-cü il təvəllüdlü Damla və oğlu 2015-ci il təvəllüdlü Toğrulla birgə dönərdən zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Noyabrın 9-u saat 01:00 radələrində isə Şəmkir şəhərinin ərazisində yerləşən “Mahmud” dönərxanasından Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Ruslan Hacıbəy oğlu Eyniyev dönərdən zəhərlənmə ilə xəstəxanaya gətirilib və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb./apa/

Избранный
42
36
hafta.az

10Источники