RU

İran və Ermənistan əməkdaşlığı genişləndirir

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

 İran və Ermənistan turizm əməkdaşlığını genişləndirir.

“Yeni Sabah” İRNA-ya istinadən xəbər verir ki, İranın mədəni irs, turizm və sənətkarlıq naziri Seyidrza Salehi Əmiri və Ermənistanın iqtisadiyyat və turizm naziri Gevorg Papoyan Ər-Riyadda görüşərək iki ölkə arasında turizm sahəsində yeni əməkdaşlıq mərhələsinin başlandığını açıqlayıblar.

Tərəflər avtomobil turizminin inkişafı, mədəni mübadilənin genişləndirilməsi və əldə edilən razılaşmaların icrası üçün birgə komitə yaradılmasının vacibliyini vurğulayıblar.

Nazirlər son illərdə turizm sahəsində uğurlu əməkdaşlıq nümunələrini qeyd edərək xalqlar arasında əlaqələri gücləndirməyə, həm Tehranda, həm də İrəvanda birgə sərgilər və tədbirlər təşkil etməyə hazır olduqlarını bildiriblər. 

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
2
cebheinfo.az

3Источники