Rusiya və Hindistan işçi qüvvəsi mobilliyi sazişi imzalamağa hazırlaşırlar. A
PA-nın Moskva bürosu xəbər verir ki, bu barədə "The Economic Times" qəzeti yazıb.
Bildirilib ki, sazişin bu ilin dekabr ayında keçiriləcək Rusiya-Hindistan sammitində imzalanması planlaşdırılır.
Nəşrin yazdığına görə, saziş qarşıdakı illərdə Rusiyada hindistanlı əmək miqrantlarının sayının artmasına kömək edəcək.