Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov MMA-da məşqçilik karyerasını nə vaxt dayandıracağını açıqlayıb.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Red Corner MMA"ya istinadən xəbər verir.
Onun sözlərinə görə, bəzi döyüşçülər oktaqonda vuruşduğu müddətcə məşqçiliyini davam etdirəcək:
"MMA-da prioritetlərim Usman, Umar və İslamdır. Onlar karyeralarını başa çatdıranda mən də məşqçilikdən ayrılacağam".
Qeyd edək ki, Nurməhəmmədovun özü 2020-ci ilin oktyabr ayından bəri döyüşə çıxmayıb, o, sonuncu qarşılaşmasında amerikalı Castin Qeyci məğlub edib.
"Cebheinfo.az"