RU

Ruslar Pokrovskda hücumu azaldıb, Mirnoqradda isə Ukrayna logistikasını bağlayır

ain.az bildirir, Bizimyol portalına istinadən.

Rusiya ordusu Pokrovsk istiqamətində hücum əməliyyatlarının intensivliyini azaldıb, lakin Ukrayna Silahlı Qüvvələrinin (USQ) Mirnoqraddakı təminat yollarını bloklamaqda davam edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Müharibənin Tədqiqatı İnstitutunun (MTİ) son hesabatında bildirilib.

Məlumata görə, 9 noyabrda Rusiya qüvvələrinin Pokrovsk istiqamətində əlavə hücumlara başladığına dair heç bir sübut qeydə alınmayıb. Analitiklər qeyd edir ki, ruslar hazırda şəhərin cənub hissəsində logistik imkanları genişləndirməyə və əlavə qüvvələr yerləşdirməyə çalışır.

Kəşfiyyat mənbələrinin məlumatına əsasən, rus ordusu Pokrovskun bir çox hissəsində mövcuddur, lakin şəhəri tam mühasirəyə almaq imkanına malik deyil. Düşmən yalnız şəhərin cənubundan diversiya missiyaları həyata keçirir.

Pokrovsk istiqamətində döyüşən Ukrayna hərbçiləri bildiriblər ki, əlverişsiz hava şəraiti pilotsuz aparatların fəaliyyətini çətinləşdirir, buna baxmayaraq, Ukrayna qüvvələri hələ də şəhərin əksər hissəsində mövqelərini qoruyur.

MTİ ekspertləri hesab edirlər ki, yaxın günlərdə rus qüvvələri Pokrovskda yenidən hücumların intensivliyini artıra bilər. Eyni zamanda, institutun məlumatına görə, Rusiya ordusu Mirnoqradda Ukrayna təminat yollarını uğurla nəzarətə götürüb.

Kəşfiyyat mənbələri bildiriblər ki, Ukrayna hərbçiləri demək olar ki, logistik təminatsız qalıb, çünki ruslar bütün təminat və sursat yollarını ya nəzarət altında saxlayır, ya da atəşə tutur. Rus qüvvələrinin həmçinin Mirnoqradın bəzi hissələrində istehkamlar qurduğu, tikanlı məftillər çəkdiyi və motosiklet qruplarını şəhərin şimalına yerləşdirdiyi bildirilir.

“Rusiya qüvvələri, çox güman ki, Mirnoqradın müdafiəsini zəiflətmək məqsədilə diversiya əməliyyatlarını və dolayı atəşləri davam etdirəcək,” – deyə MTİ analitikləri vurğulayıblar.

Digər tərəfdən, Ukrayna Silahlı Qüvvələrinin zabiti Andrey Tkaçukun sözlərinə görə, ruslar Pokrovsk ətrafında dronların idarə olunması üçün dayaq məntəqələri yaradıblar.

"DeepState" analitik platforma isə xəbərdarlıq edib ki, Mirnoqrad “əməliyyat mühasirəsi təhlükəsi” altındadır və şəhərə aparan bütün logistik yollar rusların tam nəzarətinə keçmək üzrədir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
83
icma.az

1Источники