RU

Azərbaycandan Avropaya tədarük üçün sifariş edilən qazın HƏCMİ

Bizim media saytına istinadən ain.az xəbər verir.

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən noyabrın 10-da 367 milyon 021 min 291 kVt/saat həcmində sifariş alınıb.Bu barədə Bizim.Media TAP-ın elektron platformasına istinadən xəbər verir.Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 4,91 % çoxdur.Kipoi çıxış nöqtəsindən noyabrın 11-dən noyabrın 16-dək hər gün üçün 348 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

 

Bu, noyabrın 4-6-na olan sifariş göstəriciləri ilə müqayisədə 0,53 %, noyabrın 7-sinə nisbətən təxminən 0,54 %, noyabrın 8-9-u ilə müqayisədə isə 5,18 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən noyabrın 10-dan noyabrın 16-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən noyabrın 10-dan noyabrın 16-dək hər gün üçün 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 10-da 288 milyon 332 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, noyabrın 3-dəki olan sifariş göstəricisi ilə müqayisədə 6,48 % çoxdur.Bu çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 11-dən 16-dək hər gün üçün 287 milyon 012 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, noyabrın 4, 5 və 6-sına olan sifariş göstəriciləri ilə müqayisədə 0,47 %, noyabrın 7-sinə nisbətən isə 0,99 %, azdır. Eyni zamanda, Melenduqno çıxış nöqtəsindən noyabrın 8 və 9-na olan sifariş göstəriciləri ilə müqayisədə qazın tədarükü 6,51 % azalıb.Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
10
bizim.media

10Источники