RU

Zaqatalada ŞOK OLAY: qardaşı oğlunun əmlakını yandırdı

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zaqatalada qohumunun əmlakını yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, noyabrın 9-u axşam saat 23 radələrində rayonun Bəhmətli kəndində, kənd sakini 32 yaşlı Araz Ərşadoğlunun yaşadığı evin həyətyanı sahəsindəki ümumi sahəsi 12 kv/m olan yardımçı tikilidə yanğın baş verib.

Yanğın Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

İlkin araşdırma zamanı yanğının qəsdən törədilməsi məlum olub. Belə ki, zərərçəkən Araz Ərşadoğlu və əmisi 61 yaşlı İlham Məmmədov arasında uzun müddətdir ki, torpaq üstündə dava gedir. Qohumlar arasında gedən dava zəmnində İ. Məmmədov qardaşı oğluna məxsus yardımçı tikilini yandırıb.

Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbir nəticəsində A. Ərşadoğlunun əmlakını yandırmaqda şübhəli sayılan İ. Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
7
lent.az

10Источники