RU

Rusiyalı futbolçunun sevgilisi ABŞ dəki həyatla bağlı istehzalı paylaşım edib FOTO

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Rusiyalı futbolçu Aleksey Mirançukun(ABŞ-nin “Atalanta Yunayted” klubunun futbolçusu) sevgilisi olan Yelena Maksimova ABŞ-dəki həyatı ilə bağlı sosial şəbəkədə sarkastik paylaşım edib.

İdman.Biz xəbər verir ki, Yelena iki şəkil paylaşıb: birincidə o, 14 dollara aldığı salatı, ikincidə isə menyudakı həmin yeməyin fotosunu göstərib.

Maksimova birinci şəkilin altına yazıb: “Amerikada 14 dollara nə alırsınız.”

İkinci fotonun altında isə bu qeydi əlavə edib:

“Budur, bu salat menyuda necə görünür. Sadəcə, tərkibin yarısını əlavə etməyi unudublar - məsələn, bekonu. Elə də məyus deyiləm. Amma Amerika elə belə yaşayır - şəkildə bir şey, reallıqda isə tamam başqa.”

Beləliklə, Maksimova ABŞ-də gözləntilərlə reallıq arasındakı fərqi istehzalı şəkildə müqayisə edib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
70
16
icma.az

10Источники