Bazar günü axşam saatlarında Kiyev və Ukraynanın bir sıra bölgələrində hava həyəcanı elan edilib. Həyəcan siqnalının səbəbi ballistik raket təhlükəsi olub.
Musavat.com xəbər verir ki, bu barədə “RBC-Ukraina” Kiyev Şəhər Hərbi Administrasiyasının “Telegram” kanalına istinadən məlumat verib.
“Ballistik raket təhlükəsi səbəbindən Kiyevdə hava həyəcanı elan olunub. Dərhal ən yaxın sığınacaqlara keçin və təhlükə bitənə qədər orada qalın”, – məlumatda bildirilib.
Eyni zamanda, Ukrayna Hərbi Hava Qüvvələri şimal-şərq istiqamətindən təhlükənin olduğunu və daha sonra Sumı vilayətində yüksək sürətli obyektlərin aşkarlanmasını qeyd edib.
Saat 23:12-yə olan məlumata görə, hava həyəcanı siqnalı davam edir. Siqnal Kiyev, Jitomir, Vinitsa, Çerkas, Çerniqov, Sumı, Kirovoqrad, Poltava, Xarkov, Dnipro, Zaporojye və Donetsk bölgələrində aktivdir.

Musavat.com