RU

​Çində hava taksiləri ucuzlaşacaq

Şanxayda gələcəkdə 10 dəqiqəlik hava taksisi uçuşunun qiymətinin cəmi 59 yuan (təxminən 8,3 dollar) olacağı gözlənilir.Metbuat.az xəər verir ki, "Vertaxi" şirkəti bu planı 8-ci Çin Beynəlxalq İdxal Sərgisində təqdim edib. Elektriklə işləyən, şaquli qalxma və enmə qabiliyyətinə malik bu uçan aparat Honqçyaodan Lujiazuiyə kimi məsafəni cəmi 10 dəqiqəyə qət edə biləcək — halbuki avtomobillə bu yol təxminən 40 dəqiqə çəkir.

İlkin mərhələdə qiymətlər adi taksilərlə müqayisədə bir qədər yüksək olacaq, lakin marşrutlar artdıqca ucuzlaşma gözlənilir.

Избранный
87
metbuat.az

1Источники