RU

ABŞ B-52-ləri bu ölkədə YERLƏŞDİRİR

Amerikanın "B-52H Stratofortress" strateji bombardmançılarından ibarət qrup Finlandiya, Litva, İsveç və digər müttəfiq və tərəfdaşlarla çoxtərəfli təlimlərdə iştirak etmək üçün İspaniyadakı "Moron" aviabazasına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı Komandanlığı məlumat yayıb.

Məlumatda bildirilir ki, cəmi 3 "B-52H" bombardmançı təyyarəsi daha əvvəl Luizianadakı "Barksdeyl" Hərbi Hava Qüvvələri bazasından havaya qalxdıqdan sonra İspaniyaya gəlib.

Hərbi idarədən bildirilib ki, bu cür təlimlərin tərkib hissəsi kimi strateji qüvvələrin yerləşdirilməsi ekipajlara çevik cavab taktikasını tətbiq etməyə, həmçinin NATO-nun şərq cinahı boyunca və Uzaq Şimal regionunda çəkindirici potensialı saxlamağa imkan verir.

Komandanlığın açıqlamasında deyilir ki, təlimlər zamanı ekipajlar yüksək təhlükə və çətin hava məkanında əməliyyatları imitasiya edən bir sıra təlim növbələri həyata keçirəcəklər.

Избранный
7
2
bakivaxti.az

10Источники