RU

“Onlarla əməkdaşlıq etməyəcəyik” - Mamdani

Nyu-York şəhərinin yeni seçilmiş meri, Demokrat Partiyasının üzvü olan Zohran Mamdani vəzifəyə başladıqdan sonra şəhər polisinin ABŞ-nin Miqrasiya və Gömrük Xidməti (ICE) ilə əməkdaşlıq etməyəcəyini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, Mamdani bu barədə “Spectrum News” telekanalına açıqlamasında söyləyib.

“Mənim dövrümdə Nyu-York polisi ICE ilə əməkdaşlıq etməyəcək. Onların şəhərin beş rayonundakı sakinləri qorxutmaq cəhdlərinə son qoyulacaq”, – deyə o vurğulayıb.

Mamdani tərəfdarları qarşısında çıxışı zamanı bildirib ki, onun rəhbərliyi altında Nyu-York “miqrantlar tərəfindən qurulan və bu gün də bir miqrant tərəfindən idarə olunan miqrantların şəhəri” olaraq qalacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan öncə də sərt miqrasiya siyasətini müdafiə edərək, ölkə tarixində ən böyük qanunsuz miqrant deportasiyası əməliyyatını həyata keçirmək niyyətində olduğunu bəyan etmişdi.

"Cebheinfo.az" 

Избранный
10
2
cebheinfo.az

3Источники