RU

Daha bir cüdoçumuz qızıl medal qazandı

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan cüdo millisi daha üç medal qazanıb.

"Cebheinfo.az" xəbər verir ki, qadınların 70 kq çəki dərəcəsində çıxış edən Südabə Ağayeva final görüşündə özbəkistanlı Xurşida Razzokberdievaya qalib gələrək qızıl medalın sahibi olub.

Eyni çəki dərəcəsində mübarizə aparan Aytac Qardaşxanlı və 90 kq-da yarışan Elcan Hacıyev isə bürünc medal qazanıblar.

Bununla da Azərbaycan cüdoçularının Ər-Riyyad oyunlarında medallarının sayı artıb. Daha əvvəl 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov da qızıl medal əldə etmişdi.

"Cebheinfo.az" 

 

Избранный
43
cebheinfo.az

1Источники