RU

İsrail Qəzzada Türkiyə hərbçilərinin iştirakına qarşı çıxdı

BAKI, 9 noyabr. TELEQRAF

İsrail Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sabitləşdirmə qüvvələrində Türkiyə hərbçilərinin iştirakına qarşı çıxıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail hökumətinin rəsmi nümayəndəsi Şoş Bedrosyan brifinqdə bildirib.

Ölkə rəsmisi deyib ki, Qəzzada yerləşdiriləcək beynəlxalq qüvvələrin tərkibində Türkiyə ordusunun iştirakı nəzərdə tutulmur:

“Keçmişdə, indi, gələcəkdə də Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin tərkibində Türkiyə hərbçiləri olmayacaq”.

Qeyd edək ki, sentyabrın 29-da Ağ Ev ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həllinə dair 20 bənddən ibarət əhatəli planını açıqlayıb. Sənəddə Qəzzada müvəqqəti xarici idarəetmənin tətbiqi və beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, oktyabrın 9-da İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub.

Oktyabrın 13-də Şarm əl-Şeyxdə Türkiyə, ABŞ və Misir liderləri tərəfindən "Niyyət Bəyanaməsi" imzalanıb. Sazişin əsas məqsədi Qəzzada müharibəyə son qoymaqdır.

Избранный
25
teleqraf.com

1Источники