RU

"Dominant "Sabah"ı görə bilmədim" -Valdas Dabrauskas

"Bütün Azərbaycan xalqını, "Sabah" azarkeşlərini "Zəfər bayram"ı münasibəti ilə təbrik edirəm. Qələbə münasibəti ilə rəhbərliyi, futbolçuları təbrik edirəm. Qələbəyə çox ehtiyacımız var idi. Oyunun məzmunundan heç də razı qalmadım. Çünki biz başlanğıcdan sona qədər çoxlu səhvlər etdik. "Kəpəz"in çox yaxşı oyun planı var idi. Uzun toplarla hücumlara çıxırdılar. Müdafiəçilərimiz diqqətli olmaydılar. Oyundan yox, nəticədən məmnunam. Biz daha çoxunu göstərməliydik. Amma üç xal qazanmışıqsa, mühümdür. Çünki bu üç xal sonradan turnir cədvəlində öz əksini tapır. Hazırda milli komandalara görə fasilə yaranacaq, uşaqlara istirahət verəcəyik. Yaxşı bərpa olunacağıq".

Fanat.Az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 11-ci turunun “Kəpəz”lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Oyununuzda daha çox nəyi bəyənmədiniz?

- Mən "Kəpəz"i öz oyun planına görə tərifləmək istəyirəm. Amma bu gün müdafiə xəttimiz kifayət qədər düzgün mövqe seçə bilmirdilər. Dominant "Sabah"ı görə bilmədim. Oyun ritmimiz yaxşı deyildi. Dəyişikliklər etdik. Onlar da oyuna az da olsa, qığılcım qatdı. Hücumları bəzən qapıya zərbələrlə bitirə bilmirdik. "Qarabağ", "Zirə", "Neftçi", "Araz-Naxçıvan", "Turan Tovuz" kimi komandalar belə epizodlarda bizi əfv etməyəcək. Biz onlara qarşı 10 qol fürsəti yarada bilməyəcəyik. Cəmi 1-2 fürsətdən yararlanmalıyıq. Turnir cədvəlinə baxsaq, yaxşıyıq. Amma bu gün gördüyünüz "Sabah" mənim görmək istədiyim "Sabah" deyil. Standartlardan aşağı çıxış etdik, performansımız istədiyim kimi deyildi. Üç qol vurduq. Oyunçular haqqını verdi. Amma biz daha da yaxşı olmalıyıq.

- Müxtəlif ölkələrdə baş məşqçi kimi çempionluq yaşamısız. "Sabah" hazırda 2-ci pillədədir. Komandanızın çempionluq şansını necə dəyərləndirirsiz?

Həmişə demişəm ki, mənim üçün ən önəmlisi olan bir oyun bitirsə, qarşıdakı məşq və oyundur. Turnir cədvəlinə baxmırıq. Mövsümün sonunda turnir cədvəlində fərqliliklər ola bilər. 10-12 oyun qabaq nələrsə baş verəcəyini düşünək. Biz bu günə fokuslanırıq. Hər oyundan sonra fərdi səhvlərimiz varsa, onu fikirləşirik. Mənim üçün ən önəmlisi davamlılıqdır. Bu gün yaxşı oyna, sabah pis oyna, bunu istəmirəm. Bizim üçün ən önəmli açarlardan biri döyüşkənlik, fokuslanmaqdır. Düzdür, bu gün 3:1 qalib gəldik. Amma düşünün ki, rəqib hesabı 3:2 etsə, bizdə narahatçılıq yaranardı. Fərqli mentalitet yaratmaq istəyirik. Hesabdan asılı olmayaraq, dayanmaq istəmirik. Təkan çox önəmlidir. Bunu əldə etdikdən sonra, yeni ildən sonra nələrin olacağını demək çox çətindir. Bizim "Qarabağ"la oyunumuz var, "Qarabağ"ın "Neftçi" ilə oyunu var. Nə qədər güclü komandalar olacaq, bizlər üçün yaxşı olacaq, çempionatın inkişafı üçün yaxşıdır.

Избранный
24
9
fanat.az

10Источники