RU

Bu ölkədə evdə böyük məbləğdə nağd pul saxlamaq cinayət hesab ediləcək

İsrail Maliyyə Nazirliyi yeni qanun layihəsini müzakirəyə çıxarıb.

Musavat.com xəbər verir ki, layihəyə əsasən, 200 min şekeldən (təxminən 61 min dollar) yuxarı nağd pul saxlamaq cinayət hesab ediləcək.

Sənədə görə, 100–200 min şekel arası nağd pul saxlayan vətəndaşlar isə bunu dövlətə bildirməyə məcbur olacaqlar.

Əgər qanun qəbul olunarsa, İsrail dünyada evdə nağd pul saxlamanın cinayət sayıldığı ilk ölkə olacaq.

Musavat.com

Избранный
55
7
musavat.com

8Источники