RU

Pezeşkian Allahın təlimatına qarşı çıxdı Deputat

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

İran parlamentinin nümayəndəsi Kamran Qəzənfəri ölkədə davam edən quraqlıq və su çatışmazlığına görə prezident Məsud Pezeşkianı ittiham edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Millət vəkili iddia edib ki, prezidentin məcburi hicaba qarşı mübarizədə əks mövqe tutması və “Allahın təlimatlarına qarşı çıxması əxlaqsızlığın yayılmasına və yağışların azalmasına səbəb olub”.

Qəzənfərinin sözlərinə görə, insanlar hicab və dini təlimatlara əməl etsələr, yağıntılar artacaq və su problemi həll ediləcək.

O, prezidentə müraciət edərək, bu il ölkədə baş verən fəsadların və su çatışmazlığının kökünü öz əməllərində görməsini və tutduğu yoldan qayıtmasını tövsiyə edib.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
33
5
globalinfo.az

6Источники