Almaniyada 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilib.
Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” evdə “Herta”ya (Berlin) 0:1 uduzub.
Emreli meydana 63-cü dəqiqədə, hesab açıldıqdan sonra daxil olub.
Qeyd edək ki, bu, Mahirin avqustun sonunda keçirilən üçüncü tur matçından bəri klubda ilk oyunu idi. O, 78-ci dəqiqədə Riçmond Taçi ilə əvəzlənib. “Kayzerslautern” hazırda 20 xalla 7-ci yerdədir. (Qafqazinfo)