Avqustun 16-da yaşadığı evdən çıxdıqdan sonra itkin düşmüş Siyəzən rayon sakini, 2008-ci il təvəllüdlü Sənan Bəşir oğlu Bəşirov tapılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupu məlumat yayıb.
Bildirilib ki, yeniyetmə polislər tərəfindən tapılaraq ailəsinə verilib.