RU

Gəncədə iki piyadanı avtomobil vurub – VƏZİYYƏTLƏRİ AĞIRDIR – TƏBİB-dən AÇIQLAMA(YENİLƏNİB)

08.11.2025-ci il tarixində saat 18:50 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə 3 nəfər (2 kişi, 1 qadın) hospitalizasiya olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TƏBİB-dən açıqlama verilib.

Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri xəstəxananın müvafiq şöbələrində davam etdirilir, vəziyyətləri orta ağırdır.

***19:05

Gəncədə iki piyadanı vurulmasının təfərrüatları məlum olub.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə şəhərin Dədə Dorqud prospekti ilə hərəkət olan “Toyota Prius” ilə “Opel “markalı minik maşınları toqquşub. Qəzada sonra Opel markalı minik maşını idarəetmədən çıxaraq səki ilə gedən 2008-ci il təvəllüdlü Raul Həsənzadəni və 2008 ci il təvəllüdlü Mirəli Hacıyevi vurub.

***18:30

Gəncədə ağır yol qəzası olub.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə hadisə Dədə Qorqud prospektində baş verib. Hərəkətdə olan Opel markalı minik maşını yolu keçmək istəyən iki nəfəri vurub. Piyadalar xəstəxanaya yerləşdirilib,onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata piyadaları vuran avtomobilin sürücüsü qəzadan sonra hadisə yerindən qaçıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Избранный
11
1
nocomment.az

2Источники