RU

"Ermənistanla normallaşma prosesi Azərbaycanla sinxron şəkildə həyata keçirilir" - Ərdoğan


Türkiyə Ermənistanla normallaşma prosesini Azərbaycanla sinxron şəkildə həyata keçirir. Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Zəfərdən sonra bölgədə sülh küləkləri əsir və Türkiyə olaraq biz bundan məmnunuq.

"Qarabağda yollar, tunellər, kənd təsərrüfatı layihələri və mənzil tikintisi getdikcə artır. Biz də bu prosesdə Azərbaycana lazımi töhfələri veririk", - deyə Türkiyə prezidenti əlavə edib.

Избранный
7
6
baki-xeber.com

7Источники