RU

Braziliyada qasırğa nəticəsində 6 nəfər ölüb, 750-yə yaxın yaralı var » AzadMedia.az


Braziliyada qasırğa Parana ştatında 6 nəfərin ölümünə, 750-yə yaxın insanın yaralanmasına səbəb olub.

Bu barədə Braziliyanın cənubundakı Parana ştatının yerli hakimiyyət orqanları məlumat yayıb.

Qurbanların sayının artacağı istisna edilmir.

Qeyd edək ki, qasırğa zamanı küləyin sürəti 250 km/saatadək yüksəlib. Təbii fəlakətdən ən çox zərər görən Rio-Bonitu-du-İquasu şəhərində binaların yarıdan çoxu ciddi dağıntılara məruz qalıb. 14 min əhalisi olan şəhərdə minə yaxın sakin evlərini tərk etmək məcburiyyətində qalıb.
Избранный
14
5
azadmedia.az

10Источники