RU

Latın Amerikası ilə Aİ-nin birgə sammiti: Avropa liderləri tədbirə qatılmır

Bu gün Kolumbiyanın Santa Marta şəhərində Latın Amerikası və Karib Dövlətləri Birliyi (CELAC) ilə Avropa İttifaqı (AB) arasında iki günlük sammit işə başlayır.

Əsas mövzularının ticarət əlaqələrinin gücləndirilməsi və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə olduğu bildirilən sammit, ABŞ-ın Avropa müttəfiqlərinə və Latın Amerikası ölkələrinə təzyiqi fonunda keçiriləcək.

Braziliyanın xarici işlər naziri Mauro Vieyra CELAC-ın 33 üzvünün ABŞ ilə artan gərginliyə cavab olaraq dördüncü sammitdə Venesuela ilə həmrəylik ifadə edəcəklərini açıqlayıb. Nazir görüş iştirakçılarının Karakasa dəstək bəyannaməsi qəbul edə biləcəklərini də iddia edib. Müşahidəçilər belə bir bəyannamənin Aİ-nin dəstəyini almayacağını və sammitin heç bir vacib qərarn qəbul olunmadan başa çatacağını gözləyirlər.

Avropa İttifaqını Kolumbiyadakı sammitdə Avropa Şurasının prezidenti Antonio Kosta və Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndə Kaja Kallas təmsil edəcək.

Kolumbiya prezidenti Qustavo Petronun Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasındakı açıqlamaları ABŞ prezidenti Donald Trampla qarşıdurmaya səbəb olub. Bloomberg-in məlumatına görə, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Almaniya kansleri Fridrix Merz "Trampı qıcıqlandırmamaq üçün" sammitdə iştirakdan imtina ediblər. Merz iştirak etməməsini Santa Martada toplaşması planlaşdırılan dövlət və hökumət başçılarının sayının çox az olması ilə izah edib. Yelisey Sarayı heç bir izahat vermədən Fransa prezidenti Emmanuel Makronun Kolumbiyaya səfərinin ləğv edildiyini açıqlayıb.

Избранный
8
2
news365.az

3Источники