Bu gün Basketbol üzrə Azərbaycan Liqasında VI tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.
A qrupunda Əvvəlcə "Şəki" “Abşeron Lions”u qəbul edəcək. Daha sonra turun mərkəzi oyununda “Neftçi” ilə “Sabah” komandaları qarşılaşacaqlar.
Turun digər oyunlarının nəticələri: "Lənkəran" – "Sumqayıt" 94:98, "Quba – "Sərhədçi" 82:86, "Naxçıvan" – "Ordu" – 76:100, "Gəncə" – NTD 90:78.
Azərbaycan Basketbol Liqası
VI tur
9 noyabr
14:00. Şəki – Abşeron Lions
Şəki. Olimpiya İdman Kompleksi.
18:00. Neftçi - Sabah
Bakı. İdman Sarayı.
A qrupu
1. Sabah 5 5 0 +132 10
2. Abşeron Lions 5 4 1 +21 9
3. Gəncə 5 2 3 -18 7
4. Şəki 5 2 3 -33 7
5. Neftçi 4 2 2 +36 6
6. NTD 6 0 6 -138 6
B qrupu
1. Ordu 6 6 0 +124 12
2. Naxçıvan 6 4 2 +4 10
3. Lənkəran 6 2 4 -16 8
4. Sumqayıt 6 2 4 -62 8
5. Quba 6 2 4 -23 8
6. Sərhədçi 6 2 4 -27 8