Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarında yeni paylaşım edib.
"Azərbaycan" qəzeti xəbər verir ki, paylaşımda deyilir:
“Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Eşq olsun, Azərbaycan bayrağına!”