RU

Filippində faciə - Ölənlərin sayı 224 nəfərə çatdı

Filippində təsirini göstərən "Kalmaegi" tayfunu nəticəsində həyatını itirənlərin sayı artaraq 224 nəfərə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı ölkənin Mülki Müdafiə İdarəsinə istinadən "GMA News" telekanalı yayıb.

Təbii fəlakət zamanı 109 nəfərin itkin düşdüyü, 526 sakinin isə müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Ən çox itki Sebu adasında qeydə alınıb, burada 158 nəfərin həlak olduğu təsdiqlənib.

Güclü yağışlar nəticəsində şəhər küçələrini su basıb, yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Hazırda 53 yaşayış məntəqəsində fövqəladə vəziyyət elan olunub.

Kənan
Milli.Az

Избранный
74
2
milli.az

3Источники