Ərəb ölkələri ABŞ-ın yalnız İsrailin nəzarətində olan ərazilərdə bərpa işləri aparmaq təklifini qəbul etmir.
Bizim.Media xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzetinə ərəb diplomatlar məlumat verib.
Diplomatlar bildirib ki, ABŞ Qəzzanın bərpa layihəsinə vəsait ayırmaqdan imtina edərək diqqəti İsrailin nəzarətində olan ərazilərə humanitar yardıma yönəltməyi planlaşdırır.
Qeyd edək ki, ABŞ rəsmisi Cared Kuşner Qəzzanın bərpası üçün ayrılacaq vəsaitlərin HƏMAS-ın nəzarətində olan ərazilərə yönəldilməyəcəyini açıqlamışdı.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта