RU

Özümüzü Arsenal la müqayisə edə bilmərik

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının müdafiə baxımından ideal olmadığını etiraf edib.

Fanat.Az xəbər verir ki, "şəhərlilər" bu gün evdə "Liverpul"la qarşılaşacaq. 

Qalib komanda turnir cədvəlində ikinci yerə yüksələcək və şənbə günü "Sanderlend"lə 2:2 bərabərə qalan lider "Arsenal"a yaxınlaşacaq.

"City Report" Qvardiolanın oyunöncəsi fikirlərini belə təqdim edib: 

"Biz fərqli oynamağı öyrənirik. Lakin məndə belə bir hiss var ki, müdafiədə hələ də istədiyimiz qədər yaxşı deyilik. Təbii ki, özümüzü müdafiədə inanılmaz dərəcədə yaxşı olan "Arsenal"la müqayisə edə bilmərik". 

"Mançester Siti" - "Liverpul" matçı bu gün Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
fanat.az

2Источники