RU

Bakıda keçirilən Hərbi parad dünya mediasında geniş işıqlandırılıb (FOTO)

Bakı. Trend:

Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümümünasibətilə Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Hərbiparad dünyanın bir sıra ölkələrinin aparıcı media qurumlarınıngeniş diqqət mərkəzində olub və beynəlxalq mətbuatda əhatəlişəkildə işıqlandırılıb.

Trend xəbər verirki, yayımlanan xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziriMəhəmməd Şahbaz Şərifin çıxışlarında səsləndirdiyi fikirlərə yerverilib, paradın Azərbaycan Ordusunun hərbi qüdrətini tam şəkildənümayiş etdirdiyi vurğulanıb, həmçinin Vətən müharibəsi barədəməlumat verilib.

Hərbi parad Türkiyənin və Şimali Kiprin aparıcı media qurumları,o cümlədən Anadolu agentliyi, “TRT Avaz”, “TRT Haber”, “AHaber”, “Haber Global”, NTV televiziya kanalları, “Milliyet”,“Hürriyet”, “HaberTürk”, “Akşam”, “Sabah”, “Yeni Şafak”, “TürkiyeGazetesi”, “Kıbrıs Gazetesi” qəzetləri və digər mediaqurumları tərəfindən xüsusilə geniş işıqlandırılıb. Hər iki qardaşölkənin aparıcı informasiya agentlikləri, televiziya kanalları,qəzetləri və xəbər portalları milyonlarla tamaşaçının və oxucunundiqqətini həm prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanınçıxışlarına, həm də paradda nümayiş etdirilən hərbi texnika vəsilahlara cəlb edib.

Xəbərlərdə Türkiyə və Azərbaycan liderlərinin Cənubi Qafqazdadayanıqlı sülh və sabitliyin təmin olunması, Bakı və Ankaranın sıxhəmrəyliyi, eləcə də regional əməkdaşlığın inkişafı ilə bağlıbəyanatlarından sitatlar gətirilib. Prezident İlham Əliyevin Vətənmüharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın“Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!”bəyanatının çox ciddi mesaj olması və “Azərbaycan xalqı bu qardaşdəstəyini heç vaxt unutmayacaq” ifadəsi, eləcə də TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğanın “Bu Zəfər Qafqazda davamlı sülhəgedən yolun məhək daşıdır” sözləri Anadolu agentliyinin “Baş xəbər”rubrikasında oxucuların diqqətinə çatdırılıb.

Xüsusi diqqət Türkiyə Prezidentinin Azərbaycanın 44 günlükmüharibədə tarixi Qələbəsindən sonra Asiya və Avropada geosiyasibalansın dəyişməsi barədə bəyanatına yönəlib. MateriallardaAzərbaycan, Türkiyə və Pakistan liderlərinin çoxsaylı fotoşəkilləritəqdim olunub, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyininbərpasının bütün Türk dünyası üçün əhəmiyyəti xüsusivurğulanıb.

Pakistanın aparıcı media qurumları, o cümlədən “ARN NewsCentre”, “AAJ News (AAJ TV)”, “The Express Tribune”, “Brecorder”,“Geo News”, “24 News HD”, “Minute Mirror”, “Lead Pakistan”,“Dawn” televiziya və nəşrlərinin yayımladığı xəbərlərdəHərbi paradın möhtəşəmliyi, Azərbaycan, Türkiyə və Pakistan hərbiqüvvələrinin birgə iştirakı, nümayiş olunan hərbi texnika vəaviasiya qüvvələri barədə məlumat verilib. Xüsusi diqqət AzərbaycanPrezidentinin çıxışına yönəldilib, dövlətimizin başçısının Türkiyəvə Pakistanın Vətən müharibəsi zamanı Azərbaycana qətiyyətlidəstəyi barədə fikirləri geniş işıqlandırılıb. Həmçinin, Prezidentİlham Əliyevin Azərbaycanın ədalətli mübarizəsi zamanı göstərdiyimöhkəm dəstəyə görə Pakistana təşəkkür etdiyi, rəsmi İslamabadınCənubi Asiyada regional sabitliyin təmin edilməsindəki rolunuyüksək qiymətləndirdiyi vurğulanıb. Xəbərlərdə Pakistanın Başnaziri Məhəmməd Şahbaz Şərifin paradda iştirakı xüsusi qeyd olunub,üç qardaş ölkənin ordularının sıx əməkdaşlığı diqqətə çatdırılıb.Pakistan mediasında paradın regional əməkdaşlıq və Cənubi Qafqazdasülh və sabitliyin güclənməsi baxımından əhəmiyyətini də ön planaçıxardığı qeyd olunub. “The Express Tribune” nəşribu baxımdan Pakistan Baş nazirinin Hərbi paraddakı çıxışında “Bu,dostluq və regional həmrəyliyin əyani göstəricisidir” ifadəsinixüsusi vurğulayıb.

Pakistan mediasında Baş nazir Məhəmməd Şahbaz ŞərifinAzərbaycana səfəri, Azərbaycan Prezidenti ilə görüşü, eləcə dəAzərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşübarədə də məlumat verilib.

Birləşmiş Ərəb Əmirliklərinin aparıcı media qurumları da, ocümlədən “ARN News Centre”, “UAE BARQ”, “Emarat Al Youm”,“Al Bayan”, “Sharjah24” və “20Four” portalları Vətənmüharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbiparadı geniş işıqlandırıb. Xəbərlərdə Bakıda keçirilən Hərbiparadın möhtəşəmliyi, nümayiş etdirilən hərbi texnika və AzərbaycanOrdusunun hərbi qüdrəti barədə ətraflı məlumat verilib. Xüsusidiqqət Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə PrezidentiRəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd ŞahbazŞərifin paraddakı çıxışlarında səsləndirdiyi fikirlərə yönəldilib.Materiallarda Azərbaycan və Türkiyə liderlərinin regionaləməkdaşlıq, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasıbarədə bəyanatları da yer alıb.

Gürcüstanın nüfuzlu “1tv.ge”, “24news.ge”, “aktual.ge”,“interpress.ge” portalları Azərbaycanda Vətənmüharibəsində Qələbənin 5-ci ildönümü ilə bağlı təşkil olunan Hərbiparad və bayramla bağlı xəbərlər yayıblar. Yayımlanan xəbərlərdəAzərbaycanda Zəfər Gününün təntənəli şəkildə qeyd olunması, Vətənmüharibəsində Qələbənin beşinci ildönümü ilə bağlı Bakıda keçirilənHərbi parad və bu tədbirdə Azərbaycan və Türkiyə prezidentlərinin,Pakistanın Baş nazirinin, eləcə də digər rəsmi şəxslərin iştiraketmələrindən, Azərbaycan və Türkiyə prezidentlərinin çıxışındanmateriallar yayıblar.

Rusiyanın bir sıra nəşrləri də Hərbi parad barədə məqalələryayımlayıb. Bu ölkənin “Gazeta.ru” nəşri paradınmiqyasına diqqət çəkərək 5 mindən çox hərbçinin iştirak etdiyini və150-dən artıq hərbi texnikanın nümayiş etdirildiyini, eləcə dəXəzər dənizində hərbi gəmilərin düzüldüyünü qeyd edib.“News.ru” Prezident İlham Əliyevin çıxışındakısimvolik ifadəni ön plana çəkib: “Onlar Bakıda çay içməkistəyirdilər, indi Azərbaycan çayını istintaq təcridxanasındaiçirlər”. “Vestikavkaza.ru” isə tədbirdə mötəbərqonaqların - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, PakistanınBaş naziri Məhəmməd Şahbaz Şərifin və Birləşmiş Ərəb Əmirliklərininvəliəhdi Şeyx Həmdan bin Məhəmmədin iştirak etdiklərinivurğulayıb.

İspaniyanın EFE agentliyi də Hərbi paradaxüsusi diqqət ayırıb. Agentliyin yayımladığı xəbərdə İkinci Qarabağmüharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan Hərbiparadda Türkiyə və Pakistan liderlərinin də iştirakı vurğulanıb.Xəbərdə əsasən Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistan Başnazirinin fikirləri diqqətə çatdırılıb, liderlərin AzərbaycanınQələbəsinin regionda sülh, inkişaf və əmin-amanlıq üçün yeni səhifəaçması barədə fikirləri qeyd olunub. Bu xəbər İsveçrənin“Swissinfo.ch” nəşri tərəfindən də EFE-yə istinadolunaraq yayımlanıb.

Rumıniyanın “Ultima-ora” nəşri Prezident İlhamƏliyevin paraddakı çıxışında Prezident Rəcəb Tayyib ƏrdoğanınTürkiyənin Vətən müharibəsinin ilk günündən Azərbaycana, Azərbaycanxalqına və Ordusuna dəstəyi barədə fikrinə xüsusi yer verilib.

Moldovanın nüfuzlu “Moldova Today” nəşri Bakıdakeçirilən Hərbi paradda Azərbaycan, Türkiyə və Pakistan hərbiqüvvələrinin birgə iştirakına, üç qardaş ölkənin liderlərininçıxışlarına, nümayiş olunan hərbi texnikaya və regionda sabitliyingüclənməsinə xüsusi diqqət ayırıb. “Bu parad təkcə silahlarınnümayişi deyil, regionda yeni geosiyasi reallığın başlanğıcıdır”, -deyə nəşrdə xüsusi vurğulanıb.

Bolqarıstanın “24 Chasa” nəşri paradda TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Zəfərinin Türkdünyası üçün qürur mənbəyi olması, Qarabağın azad edilməsinin bütünTürk dünyası üçün əhəmiyyəti barədə fikirləri qeyd edilib. Bundanbaşqa, Türkiyənin Azərbaycana və Azərbaycan Ordusuna fəal dəstəyi,Qələbənin qazanılmasında Azərbaycan Ordusunun qəhrəmanlığı vəxalqın birliyinin rolu vurğulanıb, işğaldan azad edilmiş ərazilərdəinkişaf, sülh və əmin-amanlığın bərqərar olduğu qeyd edilib.

Misirin aparıcı media qurumları, o cümlədən “AlShorouk”, “Al Ahram”“Cairo24”nəşrləri də Bakıda keçirilən Hərbi paradı geniş işıqlandırıb.Xəbərlərdə paradda iştirak edən ali qonaqlar, nümayiş olunan hərbitexnika, Azərbaycan, Türkiyə və Pakistan hərbi qüvvələrinin birgəiştirakı barədə ətraflı məlumat verilib. Misir mediası Azərbaycanvə Türkiyə liderlərinin çıxışlarına, tədbirin Cənubi Qafqazdasabitliyin və regional əməkdaşlığın əhəmiyyətinə diqqətin cəlbedilməsi baxımından önəmi vurğulanıb.

Hərbi parad barədə nüfuzlu “Forbes” jurnalı, SəudiyyəƏrəbistanının ingilisdilli “Arab News” və digərmedia qurumları da xəbərlər yayımlayıb. “Forbes”jurnalında dərc olunan geniş reportajda Hərbi paradın Azərbaycanınhərbi qüdrətini gücləndirdiyini göstərdiyi vurğulanıb. Azərbaycanınxüsusilə hava və hava hücumundan müdafiə qüvvələri arsenalını ənmüasir silah və müdafiə sistemləri ilə inkişaf etdirdiyi qeydolunub.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Məqalədə:
Избранный
13
34
az.trend.az

10Источники