RU

20 milyon dollarlıq avtomobil satışa çıxarılacaq FOTO

ain.az, Avtosfer saytına istinadən bildirir.

"RM Sotheby's" hərrac evi nadir avtomobili satışa çıxaracaq.

Avtosfer.az xəbər verir ki, bu barədə hərrac evinin saytında elan yerləşdirilib.

Məlumata görə, hərrac noyabrın 22-də Las-Veqasda keçiriləcək "Formula-1" Qran-prisinə həsr olunacaq.

Satışa çıxarılacaq GMSV S1 LM superkarı sanki əfsanəvi "McLaren F1"in yeni versiyasıdır. Hər iki modelin yaradıcısı Qordon Mürreydir.

Avtomobildən cəmi 5 ədəd yığılacaq. Onun ilkin qiymətinin 20 milyon dollardan çox olacağı gözlənilir.

Kupe unikal karbon lifli kuzova, 4.3 litrlik V12 700 at gücü olan mühərrikə malikdir. Avtomobilin çəkisi 957 kiloqramdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
2
avtosfer.az

3Источники